Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Vest Hem” – “Brayton” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Brentford” evdə “Nottingem Forest”ə, “İpsviç Taun” isə “Nyukasl”a məğlub olub.
Səfərdə “Aston Villa” ilə qarşılaşan son çempion “Mançester Siti” yenə məğlubiyyətlə üzləşib. “Kristal Pelas”ın qonağı olan “Arsenal” isə darmadağına sevinib.
17-ci turun qalan oyunları bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
17-ci tur
21 dekabr
Aston Villa – Mançester Siti 2:1
Qollar: C.Duran, 16. M.Rocers, 65 – Foden, 90+3.
Brentford – Nottingem Forest 0:2
Qollar: Ayna, 38. Elanqa, 51.
İpsviç Taun – Nyukasl 0:4
Qollar: A.İsak, 1; 45+2; 54. Mörfi, 32.
Vest Hem – Brayton 1:1
Qollar: M.Kudus, 58 – Viffer, 51.
Kristal Pelas – Arsenal 1:5
Qollar: Sarr, 11 – Qabriel Jezus, 6; 14. Haverts, 38. Martinelli, 60. Rays, 84.
22 dekabr
18:00. Everton – Çelsi
18:00. Fulhem – Sauthempton
18:00. Lester Siti – Vulverhempton
18:00. Mançester Yunayted – Bornmut
20:30. Tottenhem – Liverpul