AZ

Rusiya xarici ticarətdə Bitcoin-dən istifadə edir

Rusiya şirkətləri Qərb sanksiyalarından çıxış yolu olaraq beynəlxalq ödənişlərdə Bitcoin və digər rəqəmsal valyutalardan istifadə etməyə başlayıblar.

Marja xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

Sanksiyalar Rusiyanın Çin və ya Türkiyə kimi əsas tərəfdaşları ilə ticarətini çətinləşdirib, çünki yerli banklar Qərb tənzimləyicilərinin yoxlamasından qaçmaq üçün Rusiya ilə əlaqəli əməliyyatlarda diqqətli olurlar.

Bu il Rusiya xarici ticarətdə kriptovalyutaların istifadəsinə icazə verib və kriptovalyutaların, o cümlədən Bitcoin-in "mədən" işinin leqallaşdırılması istiqamətində addımlar atıb. Rusiya Bitcoin hasilatı üzrə qlobal liderlərdən birinə çevrilib.

Siluanov "Rossiya 24" telekanalına açıqlamasında deyib: "Bitcoinlər-dən Rusiyada xarici ticarət əməliyyatlarında istifadə etmək mümkündür. Artıq belə əməliyyatlar həyata keçirilir. Hesab edirik ki, onlar genişləndirilməli və daha da inkişaf etdirilməlidir, mən əminəm ki, bu, gələn il baş verəcək” .

Bu ayın əvvəlində Vladimir Putin bildirib ki, ABŞ-ın hazırkı administrasiyası ABŞ dollarından siyasi məqsədlər üçün istifadə edir, onun ehtiyat valyuta rolunu zəiflədir və bir çox ölkələri alternativ aktivlərə üz tutmağa məcbur edir.

O, bu cür aktivlərə misal olaraq Bitcoin-i göstərib və Putinin dünyada heç kimin Bitcoin-i tənzimləyə bilməyəcəyi barədə açıqlamaları Rusiya liderinin kriptovalyutaların geniş istifadəsini dəstəklədiyini göstərir.

Seçilən
70
32
marja.az

10Mənbələr