“Barselona”nın vingeri Lamin Yamalın agenti Jorje Mendeş futbolçunun klubla müqaviləsinin mümkün uzadılması haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun agenti Yamalın “Barselona”da qalmalı olduğunu bildirib:
“Yamal mütləq “Barselona” ilə yeni müqavilə imzalayacaq. O, “Barselona”da qalmalıdır.
Nə vaxt deyə bilmərəm, amma mütləq olacaq. Onun fenomenal 2024-cü ili var idi və şəxsən mənim üçün o, bu il İspaniya millisi və “Barselona” ilə dünyanın ən yaxşı oyunçusu oldu”.
17 yaşlı yarımmüdafiəçinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Yamal cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.