AZ

"Qarabağ"ın futbolçusu antirekordla yadda qaldı

2024-cü ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub.

Milli.Az xəbər verir ki, dünyanın anrtirekordçularını İFFHS açıqlayıb. İl ərzində üç futbolçu hərəyə 4 qırmızı vərəqə alıb.

Onlardan biri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevdir. O, Avropa Liqasının "Braqa", "Bayer", "Ayaks", Misli Premyer Liqasının "Araz-Naxçıvan"la görüşlərində meydandan qovulub. İFFHS Elvinin qitəmiqyaslı eyni turnirdə bir təqvim ilində üç qırmızı almasını "nadir nailiyyət" kimi dəyərləndirib.

Azərbaycan çempionu 2024-cü ildə 4 qırmızı vərəqə alan ilk oyunçu olub./"qafqazinfo"

Milli.Az

Seçilən
121
50
milli.az

9Mənbələr