Səlahiyyətləri bazar günü başa çatacaq Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili müxalifətin Tbilisinin mərkəzi küçələrində keçirdiyi etiraz aksiyasında iştirak edib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Müxalifətin bu etirazı müxalifət qüvvələrinin tanımadığı yeni seçilmiş prezident Mixail Kavelaşvilinin andiçmə mərasimindən bir gün əvvəl keçirilir. Yerli televiziya kanallarının məlumatına görə, Tbilisiyə xüsusi təyinatlılar və patrul polisi yerləşdirilib. Bundan əvvəl Zurabişvili bəyan etmişdi ki, o, səlahiyyətlərini başa vurduqdan sonra prezident postundan istefa verməyəcək və özünü ölkədə hakimiyyətin yeganə qanuni nümayəndəsi hesab edir.
Tural