Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşib.
Yenisabah.az “Exo of Caucasus”a istinadl xəbər verir ki, təhlükəsizlik qüvvələri həbslərə başladıqdan sonra Rustaveli prospektində nəqliyyatın hərəkətini açıb.
Xatırladaq ki, etiraz aksiyası bu gün, dekabrın 29-da vəzifəsinin icrasına başlayan Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi fonunda keçirilir.
Etirazçılar parlament seçkilərinin nəticələri və Kavelaşvilinin prezident seçilməsi ilə razılaşmırlar.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili özü ilə “legitimliyi” götürdüyünü deyərək, cəsarətlə prezident iqamətgahını tərk edib.
Telegram kanalımız