Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 31 Dekabr– Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramıərəfəsində Hacıqurbanoba kəndində şəhid Hüseyn Sultanovun ailəsiniziyarət edib, qayğıları ilə maraqlanıb.
Görüşdə şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Rayonİcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Hüseyn Sultanovuunailə üzvlərini qarşıdan gələn Həmrəylik Günü və Yeni il bayramımünasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb.
Bildirib ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatəolunan şəhid ailələrini ziyarət etmək hər kəsin vətəndaşlıqborcudur.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarınıbildiriblər.