Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri AzadHəmkarlar İttifaqının Xaçmaz rayon komitəsinin birgə təşkilatçılığıilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeniil bayramı münasibətilə şəhid və qazi övladları üçün “Yeni il”şənliyi keçirilib.
Trend xəbər verir ki,tədbirdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri,şəhid və qazi övladları iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini GünelNürəddinova tədbir iştirakçılarını 31 Dekabr - DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilətəbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Vətən uğrundadöyüşən insanları yad etmək, onların ailələrinə və övladlarınaxüsusi qayğı ilə yanaşmaq hər birimizin mənəvi borcudur.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.
Şaxta baba, Qar qız və digər maraqlı personajların iştirakı iləkeçən şənlik şəhid və qazi övladları tərəfindən sevincləqarşılanıb. Musiqili-əyləncəli şənlikdə uşaqlar şən musiqi sədalarıaltında rəqs edib, şeirlər və mahnılar səsləndirib, müxtəlif nağılqəhrəmanları ilə xoş zaman keçiriblər.
Sonda uşaqlara Xaçmaz Rayon İcra Hakimiyyətinin və AzərbaycanTəhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xaçmaz rayon komitəsininbayram hədiyyələri təqdim edilib.