29.12.2024-cü il tarixində ,, Yaşıl dünya naminə həmrəylik ili ,,çərçivəsində 7saylı RETSİ - nin və 7sayı RMTM - nin təşkilatçılığı ilə ,Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin nazir müavini Vüqar Kərimov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev və Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin iştirakı ilə 7saylı RMTM-nin Qıpcaq meşəbəyliyinin 14 saylı dolayında ağac əkmə aksiyası keçirilmişdir.
Ekologiya.az aksiya çərçivəsində ümumilikdə 60 nəfərin iştirakı ilə 1.20 ha ərazidə Akasiya və Palıd cinsindən olan 1450 ədəd ağac əkilib, palıd toxumları səbilib.
Tədbir davam etdirilərək Qax rayonu ərazisindən kecən ,,Əyricay,, cayına müxtəlif növ balıq növləri, ,,Hacınohur,, ərazisinin vəhşi təbiətinə isə 8 baş ceyran buraxılıb.