Məlum olduğu kimi Simgenin ''Aşkın olayım'' adlı mahnısı İkardinin sayəsində inanılmaz populyarlıq qazandı. ''Yutub''da bu mahnının artıq 128 milyondan çox baxış sayı var.
''Qalatasaray''ın meydanında İkardinin hər qolundan sonra məhz bu mahnı səsləndirilir. Ünlü argentinalı forvardın Vanda Naradan ayrılmasının ardından onun Simge ilə yaxından tanış olmaq niyyətində olması barədə çox söz-söhbətlər dolaşır. Baxmayaraq ki, Simge dəfələrlə onların arasında heç nə olmadığını bildirib.
43 yaşlı gözəl müğənni ''Hürriyyət'' nəşrinə verdiyi müsahibədə yenə İkardi ilə bağlı sualla qarşılaşıb və bunları deyib:
''İkardi ilə sosial şəbəkədə bir-birimizi zatən uzun müddətdi, təqib edirik. Mənə qarşı başqa heç bir niyyəti yoxdu. Sadəcə yayda ''Qalatasaray''ın çempionluq tədbirinə dəvət aldım. Həyatımda ilk dəfə onu orda gördüm və ondan sonra da zatən heç vaxt heç yerdə görüşməmişik. Haqqımızda deyilənlərə, sosial şəbəkələrdə yazılanlara sadəcə inana bilmirəm. İnsanların xəyal dünyası həqiqətən də çox böyükdü. Amma bu, bir tərəfdən mənim çox lehimə işlədi. İkardi ilk gündən özünü sevdirdi. Onun varlığı və uğur qazanması ilə paralel olaraq mən də irəlilədim. Çünki onun sayəsində mahnım ''partladı''. Buna görə də ona çox təşəkkür edirəm. Amma şəxsi planda nə o mənim həyatımda var, nə də mən onun həyatında. Bir ara bu cür şayiələrin gündəmdə olması xoşuma gəlirdi. Çünki mahnım irəliləyirdi. Amma bir nöqtədən sonra insan bezməyə başlayır. Həm də İkardi mənim qismətimi bağlayır. Neçə müddətdi evdə qalmışam''.
ƏLİ