AZ

Zaxarova: “Avropadakı qaz probleminə görə məsuliyyət ABŞ-ın üzərinə düşür”

Ukrayna vasitəsilə Rusiya qazının tədarükünün dayandırılması avropalıların həyat səviyyəsinə “ən çox mənfi təsir” göstərir və eyni zamanda Avropanın iqtisadi potensialını zəiflədir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova ABŞ-ı “enerji bazarının yenidən bölüşdürülməsindən” əsas faydalanan ölkə adlandırıb.

Onun fikrincə, Amerika hakimiyyətinin hərəkətlərinin ilk “qurbanı” Almaniya iqtisadiyyatı olub:

“Əvvəllər iqtisadi cəhətdən uğurlu və müstəqil olan Avropa Birliyinin digər ölkələri Amerikanın himayəsinə görə zərərini ödəməli olacaqlar”.

Zaxarova hesab edir ki, Avropadakı qaz problemlərinə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür, çünki Rusiyadan qaz tranzitinin dayandırılması Amerika iqtisadiyyatının xeyrinə işləyir:

“Bu qərarla Ukrayna hakimiyyətinin müvafiq qərarının geosiyasi fonu üzə çıxır”.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqli dayandırılıb. Hazırda Rusiya qazının Aİ-yə tədarükü üçün qalan yeganə kəmər “Türk axını”dır.

Bizim.Media

Seçilən
36
44
bizim.media

10Mənbələr