Ərəb Körfəzi Kubokunun yarımfinal matçında Səudiyyə Ərəbistanı Oman ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, türkiyəli FIFA hakimi Halil Umut Melerin idarə etdiyi matç xaosla yadda qalıb.
Belə ki, rəqibinə 2:1 hesabı ilə məğlub olan Səudiyyə Ərəbistanının baş məşqçisi Herve Renard Halil Umut Melərə hücum etməyə çalışıb. Köməkçilərinin güclə sakitləşdiyi Renard Meleri sərt tənqid etdib.
Renard açıqlamasında matçda 2 qırmızı vərəqə çıxaran Melerin performansının ideal səviyyədə olmadığını bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanını məğlub edən Oman finalda Bəhreynlə qarşılaşacaq.
"Fənərbaxça" fransalı futbolçu üçün danışıqlara başlayıb
Xviça "Napoli"də qalacaq
"Arsenal" yeni ilə qələbə ilə başlayıb
İtaliya A Seriyasında ötən ilin rəmzi komandası müəyyənləşib
Kosta Braziliya klubunu tərk etdi