AZ

Elşad Məmmədov: "Milli iqtisadiyyatımızın əsas prioritetləri istehsalın stimullaşdırılması və sosial rifahın artırılmasıdır"

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a verdiyi özəl açıqlamada 2025-ci il üçün ölkə iqtisadiyyatının əsas prioritetlərini açıqlayıb. O bildirib ki, milli iqtisadiyyatın inkişafı üçün əsas istiqamətlərdən biri istehsal proseslərinin stimullaşdırılması və investisiyaların artımıdır. Bununla yanaşı, idxalın optimal formada əvəz olunmasına nail olunması və ixracın şaxələndirilməsi davamlı şəkildə genişləndirilməlidir.

Elşad Məmmədov vurğulayıb ki, sosial-iqtisadi gündəm də ön planda olmalıdır:

"Sosial yönümlü siyasətin inkişafı, sosial müdafiənin təmin edilməsi və sosial rifahın yüksəldilməsi iqtisadiyyata təkan verir. Alıcılıq qabiliyyətinin artırılması isə istehsalın stimullaşdırılmasına şərait yaradır."

Professorun sözlərinə görə, davamlı sosial-iqtisadi nailiyyətlər dövlətin əhalinin geniş kateqoriyalarına dəstək verməsi ilə yanaşı, iqtisadi inkişafın əsasını təşkil edir.

Qeyd edək ki, Elşad Məmmədov milli iqtisadiyyatın inkişafına dair ardıcıl tədbirlərin davam etdirilməsinin zəruriliyini bir daha vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
64
14
qht.az

10Mənbələr