AZ

Elşad Musayev Türkiyə xalqına başsağlığı verdi


Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev qardaş Türkiyə xalqına başsağlığı verib.

Millət vəkili Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həyatını itirməsi ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına həm öz adından, həm də Böyük Azərbaycan Partiyasının rəhbərliyi adından dərin hüznlə başsağlığı verib, dünyasını dəyişənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyib.
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
BAP Mətbuat Xidməti

Seçilən
23
14
nuh.az

10Mənbələr