"Tottenhem" hücumçusu və kapitanı Son Hın-Minin müqaviləsini 2026-cı ilin yayına qədər uzadıb.
Publika.az xəbər verir ki, bu barədə "mahmızlar"ın mətbuat xidməti məlumat yayıb.
32 yaşlı koreyalı London klubuna 2015-ci ilin yayında keçib. Bu müddət ərzində o, 431 oyun keçirib, 169 qol vurub və 90 məhsuldar ötürmə edib. Son "Tottenhem"in tarixinin bombardirləri siyahısında 4-cü yerdədir.
Qeyd edək ki, bu mövsüm o, 23 matçda 7 qol vurub, 6 məhsuldar ötürmə edib.