AZ

"Bavariya" onunla bağlı qərarı verib

Müdafiəçi Alfonso Davyes "Bavariya" ilə yeni müqavilə bağlamağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, kanadalı lateralin alman nəhəngi ilə yeni müqaviləsi 2030-cu ilin ortalarına qədər davam edəcək.

Daha əvvəl mətbuatda Alfonso ilə "Real Madrid"in maraqlandığı, lakin "Bavariya"nın futbolçunu Münhendə qalmağa razı sala bildiyi barədə məlumatlar yayılıb.

Hazırkı müqavilənin müddəti 2025-ci ilin yayında bitir. Devis cari mövsümdə 23 oyun keçirib. Müdafiəçi bir qol vurub və üç məhsuldar ötürmə edib.

Seçilən
32
10
90deqiqe.az

9Mənbələr