Bakı. Trend:
Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasına (MSK)təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib.
Trend xəbərverir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasınınyanvarın 8-də keçirilən iclasında müzakirə edilib.
Müzakirələrdən sonra Məhəmməd Yusif oğlu Məhərrəmov YeniAzərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səshüquqlu üzvü kimi təsdiq edilib.
Qeyd edək ki, bələdiyyə seçkiləri yanvarın 29-dakeçiriləcək.