Bakı, 8 yanvar, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının yanvarın 8-də keçirilən iclasında müzakirə edilib.
Müzakirələrdən sonra Məhəmməd Yusif oğlu Məhərrəmov Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilib.