AZ

Metroda intihar edən tələbə şəhid qardaşı imiş-FOTO

Yazını böyüt
Yazını kiçilt

Yanvarın 7-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan şəxsin kimliyi məlum olub.

Hafta.az-ın məlumatına görə, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu intihar etmək məqsədilə özünü qatarın altına atıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, intihar edən gənc 1-ci kurs tələbəsi olub. O, Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır.

Saməddin intihar etməzdən əvvəl sosial şəbəkədə paylaşım edib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.

Qeyd edək ki, ötən gün gəncin ağır vəziyyətdə olduğu bildirilsə də, "qafqazinfo" onun vəfat etdiyini yazıb.

1409156

 
Seçilən
12
5
hafta.az

5Mənbələr