AZ

BMT: İndiyədək Qəzzada 369 yardım işçisi öldürülüb

BMT: İndiyədək Qəzzada 369 yardım işçisi öldürülüb

2023-cü ilin oktyabrından Qəzza zolağında ən azı 369 humanitar işçi həlak olub. AFN.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) işğal olunmuş Fələstin əraziləri üzrə hesabatında deyilir.Təşkilatın məlumatına görə, qurbanlar arasında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) 263 əməkdaşı da var. "İsrailin hava, quru və dəniz bombardmanları və yaşayış binalarının bombalanması ilə bağlı Qəzza zolağının hər yerində daha çox mülki itkilərə, yerdəyişmələrə və mülki infrastrukturun dağıdılmasına səbəb olduğu barədə məlumatlar gəlməkdə davam edir. Fələstin silahlı qruplarından İsrailə raket zərbələrinin olduğu da bildirilir" - deyə, hesabatda bildirilir.BMT agentliyi həmçinin Qəzza zolağında xəstəxanalardakı elektrik generatorları üçün tükənmiş yanacaq ehtiyatı probleminə də diqqət çəkib ki, bu da yeni doğulmuş körpələr də daxil olmaqla xəstələrin həyatını ciddi riskə atır.

Seçilən
8
17
afn.az

10Mənbələr