AZ

Qəzzada dağıntılar altından 10 min cəsəd axtarılır

Qəzzada atəşkəsin ikinci günündə yerli sakinlər dağıntılar altında olan insanları axtarmağa başlayıb.

Fələstin və İsrail arasında atəşkəsin ikinci günündə Qəzzada 15 aylıq müharibədən sonra fələstinlilər hələ də dağıntılar altında qalan minlərlə Qəzzalının axtarışa başlayıb.

AzPost Reuters-ə istinadla xəbər verir ki, Fələstin Mülki Fövqəladə Hallar Xidmətinin sözçüsü Mahmud Basal, cəsədləri dağıntılar altında qalan 10 min şəhidi axtardıqlarını bildirirb. Onun sözlərinə görə, ən azı 2840 cəsəd yanıb kül olub və onlardan heç bir iz yoxdur.

Qeyd edək ki, Qəzzanın səhiyyə nazirliyi müharibə nəticəsində 47 mindən çox fələstinlinin həlak olduğunu bildirib.

Qəzzalı köçkün Məhəmməd Qomaa Reuters-ə bildirib ki, müharibədə qardaşı və qardaşı oğlunu itirib. “Bu, böyük bir sarsıntı idi və evlərində baş verənlərə görə şok keçirənlər saysız-hesabsızdır. Bu dağıntılar zəlzələ və ya daşqına bənzəmir.  Baş verənlər bir müharibədir və bir xalqın məhv edilməsidir” – deyə o bildirib.

Xatıqladaq ki, Qəzzada iki gün əvvəl atəşkəs elan olunub.

Seçilən
26
17
azpost.info

10Mənbələr