AZ

Tülkünün dişlədiyi qadın quduzlaşdı


Volqoqrad əyalətində 44 yaşlı qadını tülkü dişləyib.
“Medicina” xəbər verir ki, qadını 3 gün öncə tülkü yüngül dişləyib. Lakin qadın özündə heç bir ağırlıq görmədiyi üçün həkimə müraciət etməyib və yaranı yuyub.
Lakin 2 gün sonra o su içərkən güclü panika və qorxu keçirib və su içə bilməyib. Bu isə hidrofobiya əlamətidir.
Qadını dərhal reanimasiyaya yerləşdirib quduzluq əleyhinə terapiya aparılıb, lakin o,ş 3 gün ərzində vəfat edib.
Həkimlər bildirir ki, istənilən çöl heyvanının hücumu və dişləməsindən sonra hətta heç bir ciddi bir şey olmasa da həkimə müraciət etmək vacibdir.

Seçilən
26
50
nuh.az

10Mənbələr