Qazaxda qadının dərmandan zəhərlənməsinə TƏBIB-dən açıqlama verilib.
TƏBIB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 12.01.2025-ci il tarixində saat 16:30 radələrində 2000-cil təvvəlüdlü şəxsin (qadın cinsli) gəmiricilər əleyhinə kimyəvi dərman zəhərlənməsi şübhəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.
Dərhal çağırış ünvanına briqada cəlb olunub.
Lakin Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunarkən şəxsin ölüm faktı qeydə alınıb.