AZ

Dərmandan zəhərlənən 3 yaşlı uşaq öldü - Yenilənib

Göyçay Rayon Mərkəzi Xəstəxanasında 3 yaşlı uşaq vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 12 radələrində İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Şiralı Ramil oğlu Tahirov yaşadığı evdə dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Tibbi yardıma baxmayaraq Ş.Tahirov vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün 2022-ci il təvəllüdlü İsmayıllı rayon sakini (kişi cinsli) dərmandan zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib və vəziyyətinin ağırlığı nəzərə alınaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq, kəskin ağciyər-ürək çatışmazlığı səbəbindən ölüm faktə qeydə alınıb.

Seçilən
8
2
qafqazinfo.az

10Mənbələr