AZ

Nənəsinin dərmanını içdi, həyatını itirdi... - İsmayıllıda üç yaşlı uşağın ölümünün TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, İsmayıllının Mollaisaqlı kənd sakini üç yaşlı uşaq dərmandan zəhərlənərək vəfat edib. 2022-ci il təvəllüdlü Şiralı Ramil oğlu Tahirovu Göyçay Rayon Xəstəxanasına gətirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Mollaisaqlı kənd icra nümayəndəsi Həşim Həşimov Bizim.Media-ya açqılamasında bildirib ki, uşaq nənəsinin təzyiq dərmanından zəhərlənib:

“Valideynlər uşağın halının pis olduğunu görüb, xəstələndiyindən şübhələnib Göyçay Rayon Xəstəxanasına aparıblar, orada məlum olub ki, uşaq zəhərlənib. Azyaşlı nənəsinin təzyiq dərmanını götürüb udub”.

TƏBİB-dən uşağın ölümü ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, azyaşlı kəskin ağciyər-ürək çatışmazlığı səbəbindən ölüb:

“27 yanvar 2025-ci il tarixində 2022-ci il təvəllüdlü İsmayıllı rayon sakini (kişi cinsli) dərmandan zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və vəziyyətinin ağırlığı nəzərə alınaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, kəskin ağciyər-ürək çatışmazlığı səbəbindən ölüm faktı qeydə alınıb”.

Günay Şahmar, Bizim.Media

Seçilən
12
16
bizim.media

10Mənbələr