Rusiya Müdafiə Nazirliyi Ukraynanın Pesçanoye qəsəbəsini ələ keçirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusunun Ukraynada cəbhədəki mövqelərini gücləndirməkdə davam etdiyi bildirilən bəyanatda Mərkəzi Hərbi Qrupun birliklərinin öz qətiyyətli hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Peşanoye qəsəbəsini azad ediblər.
Açıqlamada qeyd olunub ki, son 24 saat ərzində Ukraynanın hərbi hava limanı infrastrukturuna və 157 bölgədə əsgər və hərbi texnikanın yerləşdirildiyi nöqtələrə pilotsuz uçuş aparatları (PUA) və artilleriya qurğuları ilə hücumlar təşkil edilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gün Ukraynanın Xarkov vilayətinin Kalinovo və Donetsk vilayətinin Yantarnoye yaşayış məntəqələrini ələ keçirdiklərini açıqlayıb.
Mikayıl