Daxil olan müraciət əsasında Salyan şəhərində aptekdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı “Tocura İlaç Sanayi ve Ticaret A.Ş” şirkətinin istehsalı olan “Hipoksikar” əmtəə nişanlı, 01.11.2023-01.11.2026-cı il istehsal və son istifadə tarixli bioloji aktiv qida məhsulundan (BAQM) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində məhsulun tərkibindəki “Koenzim Q10” maddəsinin miqdarının etiket məlumatları ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, məhsul partiyasının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı qərar qəbul edilərək 6113 ədəd BAQM apteklərdən geri çağırılıb və məişət tullantıları poliqonunda məhv edilib.