AZ

İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Daxil olan müraciət əsasında Salyan şəhəri, X.R.Ulutürk küçəsində fəaliyyət göstərən, “Dokta” MMC-yə məxsus “Buta” aptekində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı “Tocura İlaç Sanayi ve Ticaret A.Ş” şirkətinin istehsalı olan “Hipoksikar” əmtəə nişanlı, 01.11.2023-01.11.2026-cı il istehsal və son istifadə tarixli bioloji aktiv qida məhsulundan (BAQM) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, müayinələr nəticəsində məhsulun tərkibindəki “Koenzim Q10” maddəsinin miqdarının etiket məlumatları ilə uyğunsuzluğu müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, məhsul partiyasının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı qərar qəbul olunub, 6113 ədəd BAQM apteklərdən geri çağırılıb və məişət tullantıları poliqonunda məhv edilib.

Seçilən
7
1
yeniazerbaycan.com

10Mənbələr