Moskvada Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında danışıqlar olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, yanvarın 17-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Moskvada rəsmi səfərdə olacaq İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında danışıqlar olacaq.
Danışıqlar zamanı ticari-investisiya, nəqliyyat-logistika, humanitar sahələrdə ikitərəfli əməkdaşlığın perspektivlərinin, həmçinin regional və beynəlxalq gündəliyə dair aktual məsələlərin müzakirə olunacağı nəzərdə tutulur.
Kremldə, həmçinin Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair Sazişin imzalanacağını bildirirlər.