AZ

Pezeşkian və Putin Cənubi Qafqazı müzakirə etdi

İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Axar.az xəbər verir ki, Pezeşkian bu barədə Rusiya-İran danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.

"Biz Cənubi Qafqaz, Suriya, Yaxın Şərq və Əfqanıstanda əməkdaşlıq məsələlərini və istiqamətlərini müzakirə etdik", - o bildirib.

Qeyd edək ki, İran prezidenti Moskvada səfərdədir. O, rusiyalı həmkarı Vladimir Putinlə ilə strateji tərəfdaşlıq sazişi imzalayıb.

Seçilən
2
12
axar.az

10Mənbələr