Abşeronda bədbəxt hadisə baş verib...
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
***
APA xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.
Zavod ərazisində beton hasarın uçması nəticəsində orada fəhlə işləyən iki Pakistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 2003-cü il təvəllüdlü Harı Prakash xəstəxanada ölüb.
Fakt araşdırılır.
Poliqon.info