Abşeronda zavodda iki Hindistan vətəndaşının xəsarət alması, nəticədə birinin ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakaşinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta