AZ

Yanan qadın öldü

Sumqayıtda evdə yanan 71 yaşlı qadın xəstəxanada ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə 3 gün öncə Sumqayıt şəhər Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.

O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan müayinə və müalicələrə baxmayaraq o bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
17
heftelik.az

10Mənbələr