Sumqayıt şəhərində evdə yanan 71 yaşlı qadın xəstəxanada ölüb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə 3 gün öncə Sumqayıt şəhər Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.
O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müayinə və müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta