Yanvarın 16-da saat 04:30 radələrində 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Dəqiqləşdirilməmiş sirkə turşusundan zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir", məlumatda deyilir.
***
09.41
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Belə li Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım göstərilsə də vəziyyətinin ağır olduğu bildirilir.