AZ

Gəncədə sevdiyi qıza görə sirkə turşusu içən tələbənin SON DURUMU

Gəncədə sirkə turşusu içən tələbənin vəziyyəti ağırdır.

Xəbər verildiyi kimi Gəncədə 21 yaşlı tələbə zəhərlənib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Ozan küçəsində baş verib.

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Tural Məhərrəmov zəhərlənmə diaqnozu ilə Akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal yardım göstərilsə də, vəziyyətinin ağır olduğu bildirilir. Xəstəxananaın həkimi Küşvər İmanıyeva saytımıza açıqlamasında xəstənin sirkə turşusu içdiyini deyib:
 

“Səhər saatlarında xəstəni şok vəziyyətində qəbul etdik. Hazırda xəstənin vəziyyəti ağırdır, ona ilkin yardım göstərilib. Müalicəsi reanimasiya şöbəsində davam edir. Huşu özündədir, amma vəziyyəti ağırdır. Sirkə turşusunu səhvən içdiyini bildirir”- deyə həkim əlavə edib.


Tələbənin sevdiyi qıza görə, sirkə turşusu içdiyi bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
0
29
bizim.media

10Mənbələr