Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) kommersiya banklarının iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Sfera.az xəbər verir ki, bu hərrac son üç gündə keçirilən ikinci hərrac olub.
AMB-nin məlumatına əsasən, bu gün keçirilən hərracda bankların tələbində ciddi dəyişiklik baş verməyib. Banklar ümumilikdə 71,4 milyon dollar alıblar.
Xatırladaq ki, bu ilin yanvarında 4 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 285,8 milyon dollar satılıb.
Vasif
Sfera.az