Sabahkı bələdiyyə seçkilərində 16 min 92 namizəd mübarizə aparacaq.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, namizədlərdən 99,7 faizi imza vərəqələrini geri qaytarıb.