Bakı. Trend:
Azərbaycan və Maldiv arasında iqtisadi əməkdaşlıq üçün yeniimkanların araşdırılması və təşəbbüslərin həyata keçirilməsiistiqamətində müzakirələr aparılıb.
Trend xəbərverir ki, bu, Azərbaycan Respublikasının hökumət missiyasınınMaldiv Respublikasına səfəri çərçivəsində İxracın vəİnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “Invest Maldives”İnvestisiyaların Təşviqi Agentliyi arasında görüşü zamanı baştutub.
Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevdaşınmaz əmlak, “yaşıl” enerji, turizm və nəqliyyat sektorlarındaəməkdaşlıq perspektivlərini diqqətə çatdırıb. “Invest Maldives”Agentliyinin baş direktoru Nuha Mohamed Riza isə Maldiv adalarınıninvestisiya potensialı, xüsusilə turizm və "yaşıl" enerjisektorlarındakı üstünlüklər, eləcə də Azərbaycan şirkətlərininMaldiv adalarına investisiya yatırması üçün mövcud olan imkanlarbarədə danışıb.
Görüşdə həmçinin tərəflər arasında Ümumdünya İnvestisiyalarınTəşviqi Agentlikləri Assosiasiyası (WAIPA) vasitəsilə əməkdaşlıqəlaqələrinin daha da genişləndirilməsi barədə razılıq əldəedilib.