AZ

Azərbaycan və Maldiv arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar müzakirə olunub

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan hökumət missiyasının Maldivə səfəri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “Invest Maldives” İnvestisiyaların Təşviqi Agentliyi arasında görüş keçirilib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı agentliyin icraçı direktoru Yusif Abdullayev daşınmaz əmlak, yaşıl enerji, turizm və nəqliyyat sektorlarında əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.

“Invest Maldives” Agentliyinin baş direktoru Nuha Mohamed Riza isə Maldiv adalarının investisiya potensialı, xüsusilə turizm və yaşıl enerji sektorlarındakı üstünlüklər, eləcə də Azərbaycan şirkətlərinin Maldiv adalarına investisiya yatırması üçün mövcud olan imkanlardan danışıb.

Görüşdə, həmçinin tərəflər arasında Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyası (WAIPA) vasitəsilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə razılıq əldə edilib.

Seçilən
2
3
azertag.az

4Mənbələr