AZ

Nazir bu qurumun müdirini işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Əliyev Müseyib Fayaz oğlu vəzifəsindən azad olunub. 

Qeyd edək ki, 29 may 2024-cü ildən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Sadiq Əliyev təyin olunub. 

Xatıradaq ki, Müseyib Əliyev 2021-ci ilin sentyabr ayından Dövlət Məşğulluq Agentliyində çalışıb. O, "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri və "Azərpoçt" MMC-də müxtəlif vəzifələrdə çalışıb. 


Seçilən
1
11
news24.az

10Mənbələr