Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri vəzifəsindən azad edilib.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əliyev Müseyib Fayaz oğlu vəzifəsindən azad olunub.
Qeyd edək ki, 29 may 2024-cü ildən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Sadiq Əliyev təyin olunub.
Xatıradaq ki, Müseyib Əliyev 2021-ci ilin sentyabr ayından Dövlət Məşğulluq Agentliyində çalışıb. O, “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri və “Azərpoçt” MMC-də müxtəlif vəzifələrdə çalışıb.