AZ

Ağstafa və Tovuzun meşə sahələrində 4 mindən çox ağac əkilib

Bu gün Ağstafa və Tovuz rayonlarının meşə sahələrində ümumilikdə 4 mindən çox ağac əkilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.

Onun sözlərinə görə, meşəbərpa tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmiləri, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ağstafa rayonundakı Poylu meşəbəyliyinin 1,2 hektar sahəsində 1500 ədəd Şərq çinarı əkilib:

"Daha sonra iştirakçılar Tovuz rayonu ərazisindəki Qovlar meşəbəyliyinin zərərverici və xəstəliklərə yoluxaraq qurumuş şam ağacı meşəliyinin 3 hektarında aparılan meşəbərpa tədbirlərinə qoşulub və 2500-dən artıq Eldar şamı ağacı əkiblər".

R.Əşrəfov vurğulayıb ki, tədbir iştirakçıları həmçinin Qovlar meşəbəyliyi ərazisində əkin materallarının istixana şəraitində yetişdirilməsi üçün yaradılan tingçilik təsərrüfatına baxış keçirib, aparılan işlərlə tanış olub.

Seçilən
2
5
report.az

7Mənbələr