Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” hücum xəttini gücləndirməyi hədəfləyir.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “sarı-lacivərdlilər”ın baş məşqçisi Joze Mourinyo “Çelsi”nin forvardı Joao Feliksin transferi üçün ulduz oyunçu ilə şəxsən görüşüb.
Bildirilib ki, futbolçu mövsüm sonuna kimi icarəyə götürülə bilər. Portuqaliyalı ulduzun “zadəganlar”dakı gələcəyi hələ ki bəlli deyil.
Qeyd edək ki, London təmsilçisi ötən il Feliksi "Atletiko"dan 52 milyon avro qarşılığında transfer etmişdi. Futbolçu bu mövsüm “Çelsi”nin heyətində çıxış etdiyi 19 rəsmi qarşılaşmada 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Super Liqadan La Liqa klubuna
Türkiyə millisinin üzvü əməliyyat olunacaq
"Fənərbaxça"lıları sevindirən xəbər: İtaliyadan təklif var
Halil Umut Meler "Fənərbaxça" matçına - Turun hakim təyinatları
Uolker Türkiyə nəhənginə təklif olunub