"Fənərbaxça" "Çelsi"nin futbolçusu Joao Feliksi transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo futbolçunu razı salmaq üçün onun özü ilə danışıb. “Estadio Deportivo”da çıxan xəbərə görə "Fənərbaxça" futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Joze Mourinyonun “Fənərbağça”nın məqsəd və layihələrini Joao Feliksi razı salmaq üçün ona izah etdiyi deyilir. Qeyd edək ki, Joao Feliks ötən mövsüm "Çelsi"yə transfer olub. İngiltərə nəhəngi futbolçu üçün 52 milyon avro ödəyib. Joao Feliks bu mövsüm "Çelsi"nin heyətində 19 matçda 7 qola imza atıb və 2 məhsuldar ötürmə edib.