AZ

"SAFA Holding" işçi axtarır - MAAŞ 1800-2300 MANAT - VAKANSİYA

SAFA Holding

Baş mühasib

Son tarix 16 fev 2025 - [email protected]

Bakı şəhərində fəaliyyəti göstərən “SAFASTORE supermarketinə “Baş mühasib” vakansiyasına elan veririk.

Vəzifə öhdəlikləri:

  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, məlumatların vaxtında təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sistemini idarə etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Debitor və kreditor borcların uçotunun aparılmasına nəzarət etmək;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılmasına nəzarət etmək;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanmasını həyata keçirtmək;
  • Gəlir və xərclərin uçotunun aparılmasını təmin etmək;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsini (Vahid bəyannamə,ÖMV,ƏDV) təmin etmək;
  • Statistik hesabatların verilməsini təmin etmək; 
  • Dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib etmək və nəzarətini təmin etmək;

Tələblər:

  • Təhsil: Bakalavr (magistr dərəcəsi olması üstünlükdür);
  • İxtisas: Mühasibatlıq, maliyyə,və ya iqtisadiyyat üzrə;
  • Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir (Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7  olamsı üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
  • Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları və Logo;
  • Dil bilikləri: Azərbaycan dili (ingilis və rus dili üstünlükdür);
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi olmalı;
  • Problem həll etmə bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Yaş: 25-55;

Əmək şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: Altıgünlük iş həftəsi;
  • Əmək haqqı: 1800-2300AZN;
  • İş yeri : Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “Baş mühasib vakansiyanın adını qeyd edəsiniz. Əks halda göndərilən CV-lərə baxılmayacaq. Əlaqə nömrəsi (012) 430 85 85, daxili 123.

Seçilən
0
3
fed.az

10Mənbələr