Bakı. Trend:
NATO Ukraynaya dəstəyi davam etdirmək niyyətindədir, çünkimüvafiq kurs siyasi səviyyədə təsdiqlənib.
Trend-in məlumatına görə, bu barədə NATO-nun Avropadakı MüttəfiqQüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavoli Brüsseldəkeçirilən mətbuat konfransında bildirib.
"Bu dəstək davam edəcək. Ölkələrimizin siyasi rəhbərliyi bizibuna yönəldib", - deyə o qeyd edib.
Kavoli əlavə edib ki, “Kiyevə gələcək dəstəkdən narahat deyil”.O, həmçinin vurğulayıb ki, alyans Ukrayna tərəfinə yardım ötürməküçün lazım olan bütün strukturlara malikdir.