NATO Ukraynaya dəstəyi davam etdirmək niyyətindədir, çünki müvafiq kurs siyasi səviyyədə təsdiqlənib.
"Unikal" xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavoli Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
"Bu dəstək davam edəcək. Ölkələrimizin siyasi rəhbərliyi bizi buna yönəldib", - deyə o qeyd edib.
Kavoli əlavə edib ki, “Kiyevə gələcək dəstəkdən narahat deyil”. O, həmçinin vurğulayıb ki, alyans Ukrayna tərəfinə yardım ötürmək üçün lazım olan bütün strukturlara malikdir.