ABŞ keçmiş baş nazir Qaxariyaya hücumdan sonra Gürcüstanı təcrid etməklə hədələyib...
Poliqon xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. Miller qeyd edib ki, Gürcüstan müxalif “Gürcüstan naminə” partiyasının rəhbəri və keçmiş baş nazir Giorgi Qaxariyaya hücumla bağlı təcrid oluna bilər. Hadisənin fonunda Miller hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını repressiv üsullardan istifadə etməkdə ittiham edib.
“Biz dinc nümayişçilərə və müxalifətçilərə qarşı zorakılığı qətiyyətlə pisləyirik. Bu, “Gürcü arzusu”nun ölkəni təcrid edəcək repressiv taktikasının növbəti nümunəsidir”, deyə Miller X-də yazıb.
Xatırlada qki, yanvarın 15-nə keçən gecə Batumidə Giorgi Qaxariya döyülüb. İlkin məlumata görə, bunu hakim partiyanın eyni oteldə qalan fəalları edib. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmalara başlayıb. Siyasətçi burnu sınmış və beyin silkələnməsi ilə xəstəxanaya aparılıb.
Poliqon.info