ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Gürcüstan müxalif “Gürcüstan naminə” partiyasının rəhbəri və keçmiş baş nazir Giorgi Qaxariyaya hücumla bağlı cəzalandırıla bilər.
Hadisənin fonunda Miller respublikanın hakim partiyası olan “Gürcü Arzusu-Demokratik Gürcüstan”ı repressiv üsullardan istifadə etməkdə ittiham edib. “Biz dinc nümayişçilərə… və müxalifətçilərə qarşı zorakılığı qətiyyətlə pisləyirik… Bu, “Gürcü arzusu”nun ölkəni təcrid edəcək repressiv taktikasının növbəti nümunəsidir”, – deyə Millər X. Sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, yanvarın 15-nə keçən gecə Batumidə Giorgi Qaxariya döyülüb. İlkin məlumata görə, bunu hakim partiyanın eyni oteldə qalan fəalları edib. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmalara başlayıb. Siyasətçi burnu sınmış və beyin silkələnməsi ilə xəstəxanaya aparılsa da, o, öz istəyi ilə gedib.
//Samir Qurbanov, Editor.az